AZ

Məktəbdə əsas davranış QAYDALARI

Məktəb təkcə dərs deyil, həm də davranış məktəbidir!Məktəb yalnız bilik öyrənilən yer deyil, həm də əxlaq, hörmət və qaydalara riayət etməyi öyrəndiyimiz mühüm bir məkandır. Burada hər bir şagirdin davranışı, həm öz gələcəyini, həm də sinif və məktəb mühitini formalaşdırır.Tehsilforumu.Az məktəbdə əsas davranış qaydalarını təqdim edir: - Müəllim və məktəb heyətinə hörmətlə yanaşmaq   - Dərs zamanı diqqətli olmaq və başqalarını narahat etməmək   - Həmyaşıdlarla nəzakətli və anlayışlı davranmaq   - Məktəb əmlakını qorumaq və təmizliyə riayət etmək   - Gecikməmək və məktəbdə qaydalara uyğun geyinmək   - Sosial şəbəkə və telefonlardan dərs vaxtı istifadə etməmək  Unutmayaq ki, yaxşı davranış – insanın vizit kartıdır. Məktəbdə aşılanan təlim - tərbiyə gələcəyimiz olan gənclərə həyat boyu lazım olacaq.Odur ki, gəlin, məktəbi biliklə yanaşı, gözəl davranışın da məkanına çevirək.TehsilForumu.Az

Seçilən
9
tehsilforumu.az

1Mənbələr