AZ

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

Azərbaycanda

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.

Reyting.az
xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya göz açdığı gün (18 sentyabr 1885-ci il) Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 116 il əvvəl tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlanıb.
Seçilən
24
reyting.az

1Mənbələr