AZ

Ərdoğan Erbaşın yerinə onu təyin etdi


Türkiyənin Diyanət İşləri İdarəsinə yeni sədr təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.
“Resmi gazete”də dərc olunan sənədə əsasən, 2021-ci ildən etibarən İstanbul müftisi vəzifəsini icra edən professor Safi Arpaquş Diyanət İşləri İdarəsinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 2017-ci ildən Diyanət İşləri İdarəsinə sədrlik edən Ali Erbaşın vəzifə səlahiyyətləri sentyabrın 16-da başa çatıb.
 
Seçilən
33
3
yeniavaz.com

4Mənbələr