AZ

Ermənistanda bu sahələr Azərbaycanın nəzarətinə keçəcək: İrəvanda nədən qorxurlar?

Sərhədlər açılandan sonra Türkiyə və Azərbaycanın Ermənistan iqtisadiyyatını nəzarətə götürəcəyi gözləntiləri erməniləri narahat edir.

Publika.az xəbər verir ki, erməni ekspertlər Türkiyə və ya Azərbaycanın kənd təsərrüfatı məhsullarının irimiqyaslı idxalından daha çox, turizm sektorunun problemlərlə üzləşcəyini düşünürlər.

Erməni iqtisadçı Razmik Terteryan hesab edir ki, turizm sektorunda böyük güc olan Türkiyə Ermənistan iqtisadiyyatını da bu yolla ələ keçirə bilər.

“Türkiyə turizm sektorunun ən yaxşıları sırasındadır. Sərhədlər açılandan sonra Türkiyə Ermənistanda otellər alaraq, yenilərini tikə bilər. Bu halda həm də tikinti sektoruna çıxış əldə edə bilərlər. Otellərdən sonra mənzil tikintisi, daha sonra dövlət tenderlərində iştirak edən istehsal sektoru, infrastrukturun tikintisi, dəmir yolu və magistral yolları nəzarətə götürə bilərlər”, - o iddia edib.

Erməni iqtisadçı qeyd edib ki, xidmət sektoru zəncirin əsas halqasıdır: “Türkiyə və Azərbaycan müsəlman ölkələrindən ucuz işçi qüvvəsi cəlb edə bilər. Bu isə illər keçdikcə demoqrafik dəyişiklik riskini yaradır. Çünki vətəndaşlığa ən sürətli yol qarışıq nikahlardır, nəticədə Ermənistanda müsəlman əhalisinin sayının artması baş verə bilər”.

Terteryan iddia etdiyi bu risklərin qarşısını almaq üçün təkliflər irəli sürür. Onun fikrincə, Ermənistan hökuməti Türkiyə və Azərbaycan şirkətləri üçün xüsusi lisenziya prosedurları və digər məhdudiyyətlər qoymalıdır.

Seçilən
21
4
publika.az

5Mənbələr