AZ

Gəncədə zəncirvari qəza oldu Yaralılar var YENİLƏNİB

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Gəncədə baş vermiş zancirvari qəzada xəsarət alanların adları məlum olub.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, xəsarət alanlar 1998-ci il təvəllüdlü P. Verdiyev, 1993-cü il təvəllüdlü M. Abdullayeva, 1976-cı il təvəllüdlü R. Yusifov və daha bir nəfərdir.

Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir. 

Qeyd edək ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Belə ki hərəkətdə olan “Ford Tranzit “ markalı yük avtomobili ilə “BMW” və “BYD” markalı minik avtomobilləri toqquşub.

Məlumata görə qəzaya səbəb “Mercedes” markalı minik avtomobili olub. Qəzadan sonra həmin avtomobil hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 3 avtomobil toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
avtosfer.az

10Mənbələr