AZ

Trampın şərəfinə dövlət ziyafəti verilib

Yazını böyüt
Yazını kiçilt

Vindzor qəsrində ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampın şərəfinə dövlət ziyafəti təşkil olunub.

Hafta.az xəbər verir ki, Kral III Çarlz çıxışına Tramp və həyat yoldaşını Böyük Britaniyada qarşılamaqdan duyduğu məmnuniyyəti ifadə etməklə başlayıb. O, ziyarəti unikal və əhəmiyyətli adlandıraraq, iki ölkə arasındakı yaxın münasibətlərin təzahürü olduğunu bildirib. Kral qeyd edib ki, Böyük Britaniya və ABŞ ilin əvvəlində imzalanan ticarət sazişindən də irəli gedərək iqtisadi əməkdaşlıq sahəsində daha böyük addımlar ata bilər.

Kral Trampın dünyada sülh yaratmaq istiqamətindəki səylərinə də toxunaraq, prezidentin dünyadakı ən çətin münaqişələrə həll yolları tapmaq üçün şəxsi öhdəliyini xüsusi vurğulayıb. O, eyni zamanda uzun illərdir şəxsi qayəsi olan ətraf mühitin qorunmasının vacibliyini xatırladıb.

Çıxışını yekunlaşdıran kral bildirib ki, Böyük Britaniya və ABŞ arasındakı münasibətlər dəfələrlə sınaqdan çıxsa da, hər zaman ortaq məqsədlərin yükünü daşıyıb və daha yaxşı dünya naminə yeni ambisiyalar formalaşdırıb.

“Ölkələrimiz tarixdə mövcud olmuş ən yaxın müdafiə, təhlükəsizlik və kəşfiyyat əməkdaşlığını qurub”.

Prezident Donald Tramp onu və həyat yoldaşını qonaqpərvərliklə qarşılayan kral və kraliçaya təşəkkürünü bildirib. O, Vindzor qəsrində ikinci dəfə dövlət səfəri çərçivəsində qarşılanmağın xüsusi imtiyaz olduğunu vurğulayıb.

Tramp ABŞ və Böyük Britaniya arasındakı güclü münasibətlərə diqqət çəkib.

Seçilən
11
2
hafta.az

3Mənbələr