AZ

Hindarx qəsəbəsinin uşaqları yeni dərs ilinə yeni məktəbdə başlayıblar

Hindarx qəsəbəsində Birinci Qarabağ müharibəsi şəhidi Qaraş Əliyev adına 3 nömrəli ümumorta məktəbin yeni binası tikilərək istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirin iştirakçıları ilk öncə şəhid Qaraş Əliyevin məktəbin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə çiçəklər düzüblər. 

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Ağcabədi rayonu üzrə təhsil sektorunun müdiri Teymur Qasımov, "Capitel qrup" MMC-nin direktoru Rasim Hüseynov çıxış edərək  məktəbin müəllim və şagirdlərini, onların simasında Hindarx qəsəbə sakinlərini təbrik ediblər. Çıxışlarda minnətdarlıqla vurğulanıb ki, Azərbaycan dövləti təhsilin inkişafına, gənc nəslin hərtərəfli yetişməsinə daim xüsusi diqqət göstərir. Müasir standartların bütün tələblərinə cavab verən bu möhtəşəm tədris ocağının inşası da məhz Prezident İlham Əliyevin təşəbbüsüdür. 

Məktəbə adı verilmiş şəhidin qardaşı Elşad Əliyev öz çıxışında ölkə və rayon rəhbərinə, ümumilikdə məktəbin ərsəyə gəlməsində zəhməti olan hər kəsə öz minnətdarlığını ifadə edib.  

 İcra başçısı Rafil Hüseynov məktəbin açılış rəmzi olan qırmızı lenti kəsib. Sinif otaqlarına baxış keçirilib. Qonaqlar burada yaradılmış şəraitlə yaxından tanış olublar. 528 şagirdlik məktəbdə  informatika otağı, müəllimlər otağı, kimya otağı, hərbi hazırlıq otağı, fizika kabineti, idman zalı, oğlanlar və qızlar üçün istənilən ləvazimat və avadanlıqlarla təchiz olunmuş ayrı-ayrı texnologiya kabinetləri,  geniş yeməkxana, eləcə də tədbirlərin, görüşlərin keçirilməsi üçün nəzərdə tutulan 278 nəfərlik möhtəşəm akt zalı, geniş və zəngin kitab fonduna malik kitabxana məktəblilərin ixtiyarına verilib. 

Gündüz SEVİNDİK,

Ağcabədidə çıxan "Aran" qəzetinin əməkdaşı

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr