AZ

ABŞ İranla əlaqəli dörd qruplaşmanıTERROR TƏŞKİLATLARI SİYAHISINA DAXİL EDİB

Birləşmiş Ştatlar İraqın İranla əlaqəli dörd hərbi qruplaşmasını xarici terror təşkilatları siyahısına daxil edib.

 

ABŞ Dövlət Departamentinin yaydığı məlumatda belə deyilir.

 

Bu qruplaşmalar "Hərəkət ən-Nucəba", "Kətaib Səyid əl-Şuhəda", "Hərəkət Ənsar Allah əl-Aufiya" və "Kətaib əl-İmam Əli"dir.

 

Terror qruplaşmaları siyahısında İranın dəstəklədiyi İraq "Kətaib Hizbullah" və "Əsaib Əhl əl-Haq" qruplaşmaları da var.

 

Dövlət Departamentindən qeyd ediblər ki, təşkilatların siyahıya daxil edilməsi onların ABŞ-dakı aktivlərinin bloklanmasına, vətəndaşlarının onlarla iş aparmasının qadağan edilməsinə gətirib çıxarır. Onlarla əməkdaşlıq edən tərəflər ikinci dərəcəli sanksiyalara məruz qalma riski ilə üzləşirlər.

 

Vaşinqtonun məlumatına görə, bu tədbirlər qruplaşmaların maliyyə və resurslara çıxışını məhdudlaşdırmağa yönəlib. Onlar bundan regionda ABŞ heyətinə və obyektlərinə hücumlar üçün istifadə edilə bilərdilər.(APA)

Seçilən
25
senzor.az

1Mənbələr