AZ

Kolumbiyada polis idarəsində baş vermiş qiyam nəticəsində 5 nəfər ölüb

Kolumbiyada polis idarəsində baş vermiş qiyam nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Kundinamarka departamentinin qubernatoru Corc Anxel məlumat verib.

Məlumata görə hadisə polis idarəsində saxlanılan şəxslərin yataq və döşəkləri yandıraraq yanğın başlatmaları nəticəsində baş verib.

Zərərçəkənlərin yaxınları həbs edilənlərin xilas edilməsi üçün lazımi tədbirlərin vaxtında görülmədiyini iddia edir. Ölən və xəstəxanaya yerləşdirilən şəxslərin yanğından yox, tüstüdən boğulduğu bildirilir.

Hökumət rəsmiləri hadisənin səbəblərinin araşdırılması üçün polis və Kolumbiyanın Baş prokurorluğunu işə çağırıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Seçilən
19
apa.az

1Mənbələr