Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Məmmədov Almaniyanın İranda olan vətəndaşlarını təcili şəkildə ölkəni tərk etməyə çağırması barədə danışarkən deyib.
Politoloqun sözlərinə görə, belə bir şəraitdə İsrail və ABŞ-ın regiondakı hərbi aktivliyinin artması gözləniləndir:
"Qətərə zərbələrdən sonra İsrail və ABŞ-ın daha da aqressivləşməsi və İrana qarşı yeni hava əməliyyatları təşkil etməsi istisna deyil. Almaniyanın çağırışı da məhz bununla bağlı ola bilər. Almaniya ABŞ-la müttəfiqdir, onların kəşfiyyat orqanları birgə fəaliyyət göstərir. Ona görə də Almaniya Xarici İşlər Nazirliyinin vətəndaşlarına müraciəti yaxın vaxtlarda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlaşmasının siqnalı ola bilər"