AZ

Polşada yaşayış evinə F-16 qırıcı təyyarəsindən buraxılan raket düşüb

Hadisənin ilkin olaraq pilotsuz uçuş aparatı ilə əlaqələndirildiyi açıqlansa da, hökumət versiyanı təkzib edib...

Poliqon xəbər verir ki, Polşanın Vyrykı şəhərində yaşayış evinə düşən mərminin pilotsuz uçuş aparatına aid olmadığı, F-16 qırıcı təyyarəsindən buraxılan raket olduğu təsdiqlənib. Bu barədə məlumatı Polşanın xüsusi xidmət orqanlarına cavabdeh nazir-koordinatoru Tomaş Semyonyak TVN telekanalına açıqlamasında verib.

“Bütün dəlillər göstərir ki, bu, Polşanı müdafiə etmək üçün havaya qalxmış təyyarəmizdən atılan raket olub”, – deyə Semyonyak bildirib. O, həmçinin vurğulayıb ki, baş verən hadisə nəticəsində dəymiş ziyan dövlət tərəfindən tam şəkildə ödəniləcək.

Xatırladaq ki, bundan əvvəl Polşanın baş naziri Donald Tusk sentyabrın 10-na keçən gecə ölkə sərhədini 19 pilotsuz uçuş aparatının pozduğunu açıqlamışdı. Onun sözlərinə görə, həmin dronlardan birinin qalıqları Vyrykıda bir evin damına ziyan vurmuşdu. Baş nazir bütün məsuliyyəti Rusiya üzərinə qoymuşdu.

Rusiya Müdafiə Nazirliyi isə yayılan ittihamları rədd edərək, Polşa ərazisinə hücum planlarının olmadığını bəyan edib. Qurumun açıqlamasına görə, Rusiya dronlarının uçuş məsafəsi 700 kilometrdən çox deyil.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr