Rusiyanın Kamçatka yarımadasında güclü zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 5,6 bal təşkil edib.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 94 km aralıda, 24,6 km dərinlikdə baş verib. Seysmik intensivlik isə 4 bal olaraq qiymətləndirilib.