Bakı. Trend:
Northrop Grumman şirkətinin Cygnus XL yük gəmisi sentyabrın18-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) yaxınlaşacaq.
Trend xəbər verirki, məlumatı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi(NASA) yayıb.
NASA-nın açıqlamasına görə, Cygnus XL 18 sentyabr, şərq vaxtıilə saat 07:18-də BKS-ə təhlükəsiz şəkildə çatdırılacaq. Kosmikgəminin 2026-cı ilin martına qədər stansiyada qalacağıgözlənilir.
Əvvəlcə docking prosesi 17 sentyabr üçün planlaşdırılmışdı,lakin kosmik gəminin əsas mühərrikindəki problemlər səbəbindəngecikdirilib.