AZ

Dünyanın ən uzun aviareysi bu şəhərləri birləşdirəcək

BAKI, 18 sentyabr. TELEQRAF

Çinin “China Eastern Airlines” aviaşirkəti dekabrın 4-dən etibarən dünyanın ən uzun aviareysinə start verəcək.

Teleqraf xəbər verir ki, Çinin Şanxay və Argentinanın paytaxtı Buenos-Ayres şəhərləri arasında 20 min kilometr məsafəni əhatə edəcək uçuş 25 saat çəkəcək. Bu reys zamanı iki saat davam edəcək yeganə tranzit dayanacaq Yeni Zelandiyanın Oklend şəhərinin hava limanında olacaq. Əks istiqamətdə reys isə 29 saat davam edəcək.

Məqalədə qeyd olunur ki, yeni reys Şanxayın Asiya və Cənubi Amerika arasında cənub nəqliyyat qovşağı kimi rolunu gücləndirəcək.

Seçilən
1
1
teleqraf.com

2Mənbələr