AZ

KİV: Tramp Netanyahudan narazıdır, amma əlaqələri açıq şəkildə kəsməyəcək

BAKI, 18 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp son zamanlar İsrailin Baş naziri Binyamin Netanyahudan narazıdır, lakin onun əlaqələri açıq şəkildə kəsmək ehtimalı azdır.

Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.

Nəşrin istinad etdiyi yüksək vəzifəli İsrail rəsmisi bildirib ki, Netanyahu və Tramp arasında əla münasibətlər var və bunun əksini iddia etmək feyk xəbər olar. Onun sözlərinə görə, bu şəxslərin hər ikisini tanıyanlar onları ruhən doğma insanlar kimi təsvir edirlər.

ABŞ rəsmiləri qəzetə bildiriblər ki, Tramp Netanyahu ilə yaxın münasibətləri və İsrailə güclü dəstəyi ilə fəxr edir.

Seçilən
25
teleqraf.com

1Mənbələr