AZ

Robertson: "Liverpul" bir az daha asan və sadə qələbə qazanmağı öyrənməlidir"

“Liverpul”un müdafiəçisi Endryu Robertson Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda “Atletiko” üzərində qazanılan qələbəni (3:2) şərh edib.

Operativ Media xəbər verir ki,UEFA-nın mətbuat xidməti Robertsonun sözlərini sitat gətirib:

"Biz bir az daha asan və sadə şəkildə qalib gəlməyi yenidən öyrənməliyik. Virgil qol vuranda köməkçi-məşqçi mənə üz tutdu və oyunun sonlarında belə qalib gəlmək üçün çox qoca olduğunu dedi. Mən o an azarkeşlərin necə hiss etdiyini təsəvvür edə bilərəm".

Çempionlar Liqasının növbəti turunda “Atletiko” “Ayntraxt Frankfurt”u, “Liverpul” isə “Qalatasaray”ı qəbul edəcək. Qarşılaşmalar sentyabrın 30-da baş tutacaq.

Seçilən
10
operativmedia.az

1Mənbələr