Vaşinqton, 18 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp yerli antifaşist “Antifa” hərəkatını terror təşkilatı kimi tanıyıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb. O, həmçinin hərəkatı maliyyələşdirənlərin ən yüksək hüquqi standartlara uyğun hərtərəfli araşdırılmasını tövsiyə edib.
Qeyd edək ki, ABŞ mediası siyasi fəal Çarli Kirkin ölümüdə şübhəli bilinən şəxsin də “Antifa” hərəkatına bağlı olduğunu yazır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton