AZ

"The Times": Britaniya bu həftəsonu Fələstini dövlət kimi tanıyacaq

Böyük Britaniya bu həftəsonu Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanıyacaq.

Bu barədə Operativ Media "The Times" qəzetinə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, Böyük Britaniyanın baş naziri Key Starmer ABŞ prezidenti Donald Trampın dövlət səfərindən sonra bu barədə açıqlama verəcək.

İyulun 29-da 10 Britaniya hökuməti xəbərdarlıq edib ki, əgər İsrail Qəzza zolağına humanitar yardımı əngəlləməkdə davam edərsə və anklavda hərbi əməliyyatı dayandırmazsa, London BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasından əvvəl Fələstin dövlətini tanıyacaq.

İsrailin Qəzzada artan hərbi əməliyyatları fonunda Böyük Britaniya Xarici İşlər Nazirliyi sentyabr ayında Fələstini tanımaq öhdəliyini bir daha təkrarladı.

Seçilən
11
3
operativmedia.az

4Mənbələr