Bakı. Trend:
Minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsindəAzərbaycan təmsilçiləri növbəti oyunlarını keçiriblər.
Trend xəbər verirki, G qrupunda mübarizə aparan "Aznur" komandası ilk matçındaÇexiya klubu "Hoverla Zak Praqa" ilə 1:1 hesablı heç-heçə edib.
F qrupunda isə "Birbaşa Bakı" Portuqaliyanın "Portu" komandasıilə qarşılaşıb. Görüşdə qol qeydə alınmayıb və matç 0:0 hesablıbərabərliklə başa çatıb.
Xatırladaq ki, "Birbaşa Bakı" günün əvvəlində keçirdiyi ilkoyununda Rumıniya təmsilçisi "Rımniku Vılça" üzərində 4:1 hesablıqələbə qazanmışdı.