AZ

London meri: Qəzzada baş verənlər soyqırımıdır

BAKI, 18 sentyabr. TELEQRAF

Fikrimcə, Qəzzada baş verənlər soyqırımıdır.

Teleqraf xəbər verir ki, bu barədə Londonun meri Sadiq Xan “X” sosial şəbəkəsində etdiyi videopaylaşımda deyib.

“Mən aclıq çəkən uşaqların görüntülərini görəndə... Qəzzada səhiyyə sisteminin çökdüyünü, ehtiyacı olan insanlara yardımların çatmamasını, süni yolla yaradılmış aclığı görəndə, Beynəlxalq Ədalət Məhkəməsinin ilkin qərarını oxuyanda və sonra BMT komissiyasının bu həftə təqdim etdiyi hesabatı görəndə, düşünürəm ki, Qəzzada göz önündə soyqırımı baş verdiyini qəbul etməmək mümkün deyil," - o bildirib.

Seçilən
32
teleqraf.com

1Mənbələr