AZ

KİV: Əfqanıstanın Ali lideri ölkədə interneti söndürməyi qərara aldı

BAKI, 18 sentyabr. TELEQRAF

Əfqanıstanın Ali lideri Heybətulla Axundzadənin bütün ölkədə fiber-optik internetin və Wi-Fi-ın qadağan edilməsi barədə qərarı qətidir və yenidən baxılmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Afghanistan International” (AI) mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, çərşənbə gününə olan vəziyyətə görə, Əfqanıstanın 34 vilayətindən 10-da internet yoxdur.

Nəşr iddia edir ki,Ali liderlə görüşmək üçün Kabildən Qəndəhara gələn hökumət nümayəndə heyəti ilə danışıqlar nəticəsiz başa çatıb.

Mənbələr bildiriblər ki, Axundzadə yalnız dövlət qurumlarına və diplomatik missiyalara internet xidməti göstərəcək yeni bir şirkətin yaradılmasını əmr edib.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr