AZ

Kovaçla Tudorun 25 ildən sonrakı dueli eyni nəticə ilə bitib

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda ən maraqlı qarşılaşmalardan biri İtaliyanın "Yuventus" və Almaniyanın "Borussiya Dortmund" klubları arasında olub.

İdman.biz xəbər verir ki, İqor Tudorla Niko Kovaçın komandalarının oyunu 4:4 hesabı ilə başa çatıb.

Lakin 4:4 Tudorla Kovaçın qarşılaşdıqları oyunlarda ilk belə hesab deyil.

25 il əvvəl Çempionlar Liqasının qrup mərhələsində onların futbolçu kimi meydançaya çıxdıqları "Hamburq" - "Yuventus" oyunu da bu hesabla bitib. Həmin oyunda hesabı turinlilərin heyətində oynayan Tudor açıb. Kovaç isə "Hamburq"un dördüncü topunu vurub. Maraqlıdır ki, o vaxt da indiki kimi meydançada İtaliya və Almaniya komandaları üzləşiblər.

İdman.biz

Seçilən
20
1
idman.biz

2Mənbələr