AZ

Cəlal-Abad şəhərinin adı dəyişdirildi

Qırğızıstanın Cəlal-Abad şəhərinin adı dəyişdirilir. Metbuat.az xəbər verir ki, bu barədə Prezident Sadır Japarov qanun imzalayıb. Bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Qırğızıstan parlamenti Cəlal-Abad şəhərinin adı dəyişdirilməsi barədə qərar qəbul edib. Bildirilir ki, şəhərə qırğız xalqının qəhrəmanlıq simvolu olan “Manas” adı veriləcək. Vətənin azadlığını, müstəqilliyini hər şeydən uca tutan, müqəddəs ata yurdunu yadellilərin işğalından qorumaq üçün xalqı birliyə çağıran, torpaq sevgisini özündə yaşadan “Manas” dastanı əsrdən-əsrə, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatıb.

Seçilən
4
metbuat.az

1Mənbələr