Çempionlar Liqasının rəsmi "feysbuk" səhifəsi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı paylaşım edib.
Sportinfo.az xəbər verir ki, rəsmi səhifədə təcrübəli mütəxəssisin fotosu paylaşılaraq bu sözlər yazılıb:
“Qarabağ”ın “Benfika” zəfərinin arxasındakı beyin: Qurban Qurbanov!”
“Qarabağ” “Benfika”ni səfərdə 3:2 hesabı ilə məğlub edib.