BAKI, 18 sentyabr. TELEQRAF
İsrailin kəşfiyyat agentliyi Mossad Tehran və Təl-Əviv arasında 12 günlük müharibədən öncə İrana 100-ə yaxın xarici agent göndərib.
Teleqraf xəbər verir ki, bu iddia ilə "Türkiyənin Səsi" Teleqram kanalı çıxış edib.
Agentlərə İranın ballistik raket buraxılış məntəqələrini və hava hücumundan müdafiə sistemlərini məhv etmək tapşırılıb.
Qeyd olunur ki, bu, İsrail kəşfiyyatının indiyədək həyata keçirdiyi ən böyük əməliyyatlardan biri olub.