1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Braziliyanın dövlət çevrilişinə cəhdə görə daha əvvəl 27 ildən artıq həbs cəzasına məhkum edilmiş keçmiş prezidenti (2019-2022-ci illər) Jair Bolsonaruda dəri xərçəngi aşkarlanıb.
Oxu.Az bildirir ki, bu barədə "CNN Brasil" telekanalı onu müalicə edən həkimə istinadən məlumat verib.
Onun sözlərinə görə, dərinin zədələnmiş sahələrini erkən aşkarlamaq mümkün olub:
"Bolsonaru vaxtaşırı müayinələrdən keçməli olacaq. Mövcud yaralar çıxarılıb, lakin dərisinin ümumi vəziyyətinə görə nəticələr hələ ilkindir", - deyə həkim vurğulayıb.
Keçmiş prezidentə döş qəfəsi və qolunda dəri zədələri diaqnozu qoyulub.
Xatırladaq ki, sentyabrın 12-də Braziliyanın Federal Ali Məhkəməsi ölkənin hazırkı lideri Luis İnasio Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün dövlət çevrilişinə cəhd ittihamı ilə sabiq prezident (2019-2022) Jair Bolsonarunu 27 il 3 ay həbs cəzasına məhkum edib.
O, avqustun 4-dən ev həbsindədir.