Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Heyvanlardan insanlara keçən xəstəlik olan Lassa qızdırması Qərbi Afrika ölkəsi, Nigeriyada sürətlə yayılıb.
KONKRET.az xəbər verir ki, bu il qeydə alınan yoluxma hallarının sayı 871-ə, ölənlərin sayı isə 162-yə çatıb.
Səlahiyyətlilər əhaliyə siçovullar və digər gəmiricilərlə təmasdan qaçmaq barədə xəbərdarlıq edib.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) paytaxt Abuca da daxil olmaqla, digər 21 ştatda Lassa qızdırması hallarının artmaqda davam etdiyini açıqlayıb.
Açıqlamada qeyd olunub ki, 25-31 avqust tarixləri arasında 10 yeni Lassa qızdırması hadisəsi aşkarlanıb və bununla da yanvarın 1-dən avqustun 31-dək Lassa qızdırması hallarının ümumi sayı 871-ə çatıb.
Qeyd edək ki, siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.
Dəniz Pənahova
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.