AZ

"Formula-1" Azərbaycan Qran-prisini 300-ə yaxın yerli və xarici media nümayəndəsi işıqlandıracaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Formula-1" üzrə Azərbaycan Qran-prisinin işıqlandırılmasında bu il 300-ə yaxın yerli və xarici media nümayəndəsi iştirak edir.
Oxu.Az xəbər verir ki, onların sırasında "Netflix", "Reuters", "Agence France-Presse", "Sky Sports", "Motorsport.com", "Associated Press", "CANAL+", "ESPN Disney Latin" kimi nüfuzlu media qurumları da var.
Yarışın promoteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən yaradılmış Media Mərkəzi artıq jurnalistlərin istifadəsinə verilib.
Mərkəz çərşənbə günündən fəaliyyət göstərərək həm yerli, həm də xarici media nümayəndələrinin operativ şəkildə məlumat əldə etməsini, reportaj hazırlamasını və dünyanın dörd bir yanına çatdırmasını təmin edir.
Azərbaycan Qran-prisini təkcə 2024-cü ildə 86 milyon tamaşaçı canlı yayım vasitəsilə izləyib. Ümumilikdə isə 3,9 milyarddan çox insan müxtəlif platformalarda Bakı Qran-prisinə maraq göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 19-21 sentyabr tarixlərində baş tutacaq.
Seçilən
13
oxu.az

1Mənbələr