AZ

Günəş yavaş yavaş oyanır Proqnozları alt üst edən dəyişiklik

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Alimlər 2019-cu ildə başa çatan əvvəlki Günəş dövründən sonra yeni dövrün də eyni şəkildə zəif olacağını proqnozlaşdırmışdı. Lakin bu təxminlər doğru çıxmayıb. 

Qaynarinfo xəbər verir ki, Günəş dövrü 25, NASA və ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) gözləntilərinin əksinə olaraq daha güclü başlatyıb.

NASA "Jet Propulsion Laboratory"dən plazma fiziki Ceymi Casinski bildirib: "Bütün göstəricilər Günəşin uzunmüddətli aşağı fəallıq dövrünə girəcəyini göstərirdi. Bu tendensiyanın tərsinə dönməsi sürpriz oldu. Günəş yavaş-yavaş oyanır".

Günəş hər 11 ildə bir maksimum fəallığa çatır və sonra yenidən minimuma enir. Bu prosesdə günəş ləkləri, partlayışlar və koronal kütlə atımı (taçkürə kütlə atımı) artır, həmçinin Günəşin maqnit qütbləri tərsinə dönür. Əsrlərdir qeydə alınan bu dövrlərə baxmayaraq, alimlər Günəşin davranışlarını dəqiq proqnozlaşdıra bilmir. Keçmişdə 1645-1715-ci illər arasında "Maunder Minimumu", 1790-1830-cu illər arasında isə "Dalton Minimumu" adlanan aşağı fəallıq dövrləri yaşanmışdı. Lakin bu uzunmüddətli dəyişikliklərin səbəbləri hələ də məlum deyil.

"TRT Haber"də yer alan məlumata görə, 2008-ci ildə başlayan Günəş Dövrü 24, ən zəif dövrlərdən biri olub. Tədqiqatçılar Dövr 25-in də eyni şəkildə gedəcəyini düşünürdü, lakin fəallıq səviyyələri ortalamanın üzərinə çıxıb. Casinski və həmkarı Marko Vellinin apardığı tədqiqata görə, 2008-ci ildən etibarən günəş küləyinin sürəti, sıxlığı, temperaturu, təzyiqi, kütləsi və maqnit sahəsinin böyüklüyü mütəmadi olaraq güclənir. Bu vəziyyət önümüzdəki illərdə daha güclü kosmik hava hadisələrinin – güclü küləklər, fırtınalar, partlayışlar və koronal kütlə atımlarının – baş verə biləcəyini göstərir.

Tədqiqatçıların tapıntıları Günəşin 22 illik Hale dövrü ilə də uyğun gəlir. Bu dövrdə iki günəş dövrü birlikdə qiymətləndirilir və maqnit qütbləri köhnə vəziyyətinə qayıdır. Alimlər əsas təyinedici prosesin Hale dövrü ola biləcəyinə diqqət çəkirlər. Hal-hazırda günəş küləyinin təzyiqi 20-ci əsrin əvvəlinə nisbətən hələ də aşağıdır. Lakin bundan sonra artmağa davam edəcəyimi, yoxsa sabit qalacağı yalnız müşahidələrlə müəyyən edilə bilər.

Mütəxəssislərə görə, bu tapıntılar günəş ləklərinin sayının tək başına kifayət etmədiyini və Günəşin davranışlarını anlamaq üçün daha geniş bir verilənlər bazasına ehtiyac olduğunu göstərir. 

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
qaynarinfo.az

1Mənbələr