AZ

Salah Çempionlar Liqasında tarixi uğura imza atdı

"Liverpul"un hücumçusu Məhəmməd Salah Madridin "Atletiko" klubu ilə Çempionlar Liqasının oyununda unikal nəticəyə imza atıb.

90deqiqe.Az "Opta"ya istinadən xəbər verir ki, oyunun 4-cü dəqiqəsində misirli futbolçu Endryu Robertsona assist verdikdən cəmi iki dəqiqə sonra öz hesabına qol vurub. Salah İngiltərə klubunun tarixində matçın ilk altı dəqiqəsində həm qol, həm assist edən ilk oyunçu olub.

33 yaşlı ulduzun Çempionlar Liqasındakı statistikasına görə, o, 89 qarşılaşmada ümumilikdə 48 qol vurub. Salah "Liverpul"un şərəfini 2017-ci ildən qoruyur.

Seçilən
80
90deqiqe.az

1Mənbələr