Livanın şərqindəki Baalbek bölgəsində İsrailə məxsus pilotsuz təyyarənin avtomobili vurması nəticəsində iki "Hizbullah" komandiri həlak olub.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 17-də "Almarkazia" mərkəzi xəbər agentliyi məlumat yayıb.
İsrail pilotsuz təyyarəsinin Baalbek şəhərinin Əl-Assira rayonunda bir avtomobili vurması nəticəsində "Hizbullah" liderləri Hüseyn Seyfu Şərif və Kamal Raad Şərifin öldürüldüyü bildirilir.
"İsrail Hərbi Hava Qüvvələri Livanın şərqindəki Baalbek bölgəsində Hizbullah elementinə zərbələr endirib", - məlumatda qeyd olunub.
QAZİLER.AZ