Bakı. Trend:
Almaniyanın Saksoniya-Anhalt əyalətinin Amsdorf şəhərindəyerləşən Romonta kimya zavodunda qəza baş verib.
Trend-in “Bild”əistinadən məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfəryaralanıb. Qəza səhər saatlarında təmir işləri zamanı qeydəalınıb.
Polis zavodda təhlükəli maddələrin sızması barədə məlumat yayıb.Yaralılardan ikisi zavod əməkdaşı olub və hazırda xəstəxanadamüalicə olunur. Digər iki yaralı isə xilasetmə işlərində iştirakedən tibb işçiləridir. Onların xəsarətlərinin xarakteri hələlikaçıqlanmayıb.
Qeyd edək ki, Romonta ayaqqabı boyası və cilalama məhsullarındaistifadə olunan mineral mum istehsalı üzrə dünyanın ən böyükistehsalçısıdır.