ABŞ-ın 6 ədəd MQ-9A Reaper pilotsuz uçuş aparatını (PUA) Puerto-Rikodakı Rafael Hernandez Beynəlxalq Hava Limanına yerləşdirdiyi xəritələrdə üzə çıxıb.
Çinli kosmik kəşfiyyat şirkəti MizarVision tərəfindən yayımlanan görüntüdə 9 sentyabrda Puerto-Rikonun Aguadilla şəhərində yerləşən Rafael Hernandez hava limanında 6 ədəd Reaper tipli PUA-nın park edildiyi görünür.
ABŞ-ın Karib hövzəsində yerləşən Puerto-Rikoya PUA-lar yerləşdirməsi ABŞ–Venesuela münasibətlərində gərginlik yarada biləcəyi yönündə şərhlərə səbəb olub.
ABŞ administrasiyası bölgədəki qanunsuz fəaliyyətlərin qarşısını almaq iddiası ilə Kariblərdə hərbi gücünü artırdığını bildirir.
Venesuela rəhbərliyi isə ABŞ-ın ölkədə rejim dəyişikliyi planladığını və bunun üçün bəhanələr yaratdığını iddia edir.
Qeyd edək ki, ABŞ daha əvvəl Karib adalarının Venesuelaya baxan cənub hissəsində narkotik daşıdığı iddiası ilə Venesuela mərkəzli Tren de Aragua dəstəsinə aid olduğu deyilən bir gəmiyə hücum etmişdi.
ABŞ Prezidenti Donald Tramp həmin hücuma dair açıqlamasında belə demişdi: “Xahiş edirəm, bunu ABŞ-a narkotik gətirməyi düşünən hər kəs üçün xəbərdarlıq kimi qəbul etsinlər”.