AZ

ABŞ-da demokratlardan baş prokuror və FTB direktoruna impiçment təklifi

ABŞ-da demokratlardan baş prokuror və FTB direktoruna impiçment təklifi

ABŞ ədliyyə naziri və baş prokuror Pəm Bondi, eləcə də FTB direktoru Kəş Patelə qarşı impiçment prosedurunun müzakirələri aparılır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Texas ştatından demokrat üzvü Mark Vizi bəyan edib. O, bunu respublikaçıların demokrat İlxan Omarı (Minnesota) bir neçə komitədən çıxarmaq planına cavab addımı kimi qiymətləndirib.

Vizi X sosial şəbəkəsində yazıb ki, Omar heç vaxt söyləmədiyi fikirlərə görə cəzalandırılarsa, həqiqətən yalan bəyanatlar vermiş Patel və Bondi impiçment olunmalıdır.

O, paylaşımına həm FTB direktorunun Çarli Kirkin qətlində şübhəli şəxsin saxlanılması və daha sonra azad edilməsi ilə bağlı ziddiyyətli açıqlamalarını, həm də Bondinin "Fox News"da çıxışını əlavə edib.

Seçilən
9
afn.az

1Mənbələr