Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Suriya prezidenti Əhməd əş-Şaara ilə suriyalıların könüllü qayıdışını müzakirə edib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə Suriyanın paytaxtı Dəməşqdə səfərdə olan Kalın prezident əş-Şaara ilə görüşüb.
Görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik, İŞİD-lə mübarizə, sərhəd təhlükəsizliyi, iqtisadi vəziyyət və suriyalı qaçqınların könüllü qayıdışı kimi məsələlər müzakirə olunub.
Kalın, Türkiyənin Suriya hökumətinə hər cür dəstəyi verməyə hazır olduğu bildirilib.