"Mançester Yunayted" maliyyə ili üzrə hesabatı dərc edib və rekord gəlir əldə etdiyi barədə məlumat verib.
Moderator.az bildirir ki, bu barədə İngiltərə təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, 2024/25 mövsümü ərzində klub UEFA Çempionlar Liqasında oynamamasına baxmayaraq, 666,5 milyon funt-sterlinq gəlir əldə etməyi bacarıb.
Bu, 2023/24 mövsümünün nəticələrindən 4,7 milyon funt-sterlinq çoxdur.
Buna, eləcə də 300-ə yaxın əməkdaşın işdən çıxarılmasına baxmayaraq, "qırmızı şeytanlar"ın xalis itkisi 33 milyon funt-sterlinq təşkil edib.
Qeyd edək ki, 2024/25 mövsümündə "Mançester Yunayted" Premyer Liqanı 15-ci pillədə başa vurub. Bu, klubun İngiltərə Premyer Liqasında ən pis nəticəsi olub.