AZ

Mendi karyerasını Polşada davam etdirəcək

"Mançester Siti" və Fransa millisinin sabiq müdafiəçisi Benjamin Mendi karyerasını Polşada davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 31 yaşlı futbolçu "Poqon" klubuna transfer olunub. Bu barədə komandanın rəsmi mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Qavr" akademiyasının yetirməsi olan Mendi karyerası ərzində "Marsel", "Monako", "Mançester Siti", "Loryan" və "Zürix" klublarında çıxış edib. O, İsveçrə klubunu keçən yay tərk edib. 

Karyerası isə zorlamayla bağlı qalmaqallı hadisə səbəbindən ciddi şəkildə ləkələnib. Transfermarkt portalına görə, hazırda onun qiyməti 1 milyon avro səviyyəsindədir. Ən yüksək qiyməti 45 milyon avro olan Mendi 2017-ci ildə "Monako"dan "Mançester Siti"yə təxminən 60 milyon avroya keçmişdi.

Seçilən
6
90deqiqe.az

1Mənbələr