AZ

“Barselona”nın müdafiəçisi “Qarabağ”ın rəqibinə keçəcək?

“Barselona”nın müdafiəçisi Ronald Arauxo qış transfer pəncərəsində “Liverpul”a keçə bilər.

Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, İngiltərə klubu 26 yaşlı futbolçu üçün təxminən 50 milyon avro ödəməyə hazırdır.

Arauxonun yay transfer dönəmində müxtəlif klublarla adı hallansa da, “Barselona”da qalmışdı. Ancaq kataloniyalılar gələn ilin əvvəlində onun satışını nəzərdən keçirə bilər.

Uruqvaylı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti isə 2031-ci ilin yayına qədərdir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Seçilən
14
sportinfo.az

1Mənbələr