Qırğızıstan Prezidenti Sadır Japarov Cəlal-Abad şəhərinin adının dəyişdirilməsi ilə bağlı qanunu imzalayıb.
Bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Sənəd sentyabrın 10-da parlament tərəfindən qəbul edilib.
Məqsəd milli ideologiyanı gücləndirmək və Cəlal-Abada qırğız xalqını müxtəlif basqınlardan müdafiə edən qəhrəman, böyük Manasın adını verməkdir.
Qeyd olunur ki, qanun 10 gündən sonra qüvvəyə minir.
"Cebheinfo.az"