AZ

​TikTok-la bağlı qərar verildi

TikTok-un ABŞ-də fəaliyyətini davam etdirməsi üçün şərtlər bəlli olub. Metbuat.az xəbər verir ki, “Oracle”, “Andreessen Horovitz” və “Silver Lake” kimi ABŞ şirkətləri TikTok-un ABŞ-dəki aktivlərinin təxminən 80%-ni əldə edəcəklər. Çinli səhmdarlar 20%-dən az paya sahib olacaqlar. Yeni konsorsium əsasən ABŞ vətəndaşlarından ibarət idarə heyəti tərəfindən idarə olunacaq. Şuraya Tramp administrasiyası tərəfindən təyin edilən bir üzv də daxil olacaq.

Məlumata görə, razılaşmanın çərçivəsi Madriddə ABŞ və Çin müzakirəçiləri tərəfindən müəyyən edilib. Məlumata görə, bununla bağlı ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Cinpin arasında onlayn görüş zamanı müqavilə imzalanacaq.

Seçilən
4
metbuat.az

1Mənbələr