AZ

Azərbaycan yığmasının baş məşqçisi: “Dünya çempionatında daha çox medal əldə edə bilərdik”

BAKI, 17 sentyabr. TELEQRAF

“Uşaqlar dünya çrmpionatında pis çıxış etmədilər. 4 medal qazandıq, amma daha çoxunu əldə edə bilərdik. Hələlik qızıl medala çata bilmədik”.
Teleqraf xəbər verir ki, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında iştirak edən Azərbaycanın sərbəst güləş yığmasının baş məşqçisi Xetaq Qazyumov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

O, qazanılan nəticələri müsbət dəyərləndirib: “Ümid edirəm ki, gələn il, artıq Olimpiya Oyunlarına yaxınlaşdıqca, qızıl medal uğrunda mübarizə aparacaq idmançılarımızı hazırlaya biləcəyik. Çox yaxşı oldu ki, gənc Nurəddin Novruzov özünü göstərdi və nəticə qazandı. Bu, bizim gənclər üçün müsbət mənada qibtə doğuracaq. Onlar da dünya çempionatının mükafatçıları, çempionları olmaq istəyəcəklər. Gənc idmançılar üçün böyük stimul olacaq”.

Qeyd edək ki, komanda qitə birinciliyində 1 gümüş və 3 bürünc medal qazanıb.

Seçilən
12
teleqraf.com

1Mənbələr