AZ

"Uzak Şehir" reytinqdə zirvəyə çıxdı – Digər serialın yayım günü dəyişdirildi

Türkiyədə yeni mövsümə damğa vuran "Uzak Şehir" serialının uğurlu startı digər layihələrin yayım planına da təsir edib.

BAKU.WS xəbər verir ki, əvvəlcə 29 sentyabrda ekrana çıxacağı açıqlanan "Ben Leman" serialının təqdimatı təxirə salınıb. Buna səbəb isə "Uzak Şehir"in ilk bölümü ilə qazandığı yüksək reytinq olub. Serial startda 14 reytinqlik nəticə göstərərək həm tamaşaçıların, həm də prodüserlərin diqqətini üzərinə çəkib.

Yeni qərara əsasən, "Ben Leman"ın yayımlanma günü dəyişdirilərək cümə gününə salınıb. Lakin bu gün təqdim edilən rəsmi tizerdə dəqiq tarix göstərilməyib. Bu, tamaşaçılarda layihənin hansı tarixdə efirə çıxacağı ilə bağlı marağı daha da artırıb.

Serialı "NTC Media" şirkəti hazırlayır. Layihədə Türkiyənin məşhur aktyor və aktrisaları – Selin Şekerci, Burçin Terzioğlu, Duyqu Sarışın, Gökçe Eyüboğlu kimi adlar yer alır. Baş rolda isə Selin Şekerci çıxış edəcək.

Seçilən
5
far.az

1Mənbələr