Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Ukrayna üçün bir illik döyüş əməliyyatlarının dəyəri hazırda 120 milyard dollar təşkil edir".
Oxu.Az-ın "RBK Ukrayna"ya istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında bildirib.
"Ona görə də gələn il üçün iki plan var: pulu tapmaq və ya hərbi münaqişəyə son qoymaq", - deyə o vurğulayıb.
Zelenskinin sözlərinə görə, 60 milyard dolları Ukrayna büdcəsi verir:
"Mən gələn il üçün 60 milyard dollar tapmalıyam. Ümid edirəm ki, bu müharibəni bitirəcəyik. Amma istənilən halda A planı müharibəni bitirməkdir. B planı isə 120 milyard dollardır və bu, böyük çağırışdır".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.