Bakı. Trend:
ABŞ hökuməti müdafiə məqsədləri üçün nüvə yanacağı istehsalınıyaratmaq niyyətindədir.
Trend-in Reuters-əistinadən verdiyi məlumata görə, bu məqsədlə 1,5 milyard dollarvəsait ayrılıb.
Layihə çərçivəsində sənaye podratçısı BWX Technologies ölkədaxilində uranın zənginləşdirilməsi potensialının inkişafı üçünmüqavilə imzalayıb. Proqram ABŞ Energetika Nazirliyinin tərkibinədaxil olan Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA)sifarişi ilə həyata keçirilir. Agentliyin əsas hədəfi tritiumistehsalı üçün az zənginləşdirilmiş uranın, həmçinin dəniz nüvəhərəkəti üçün zəruri olan yüksək zənginləşdirilmiş uranın etibarlıtəchizatını təmin etməkdir.
Qeyd edək ki, BWX Technologies bundan əvvəl ABŞ Hərbi DənizQüvvələrinin nüvə sualtı qayıqları və təyyarədaşıyan gəmiləri üçünkomponentlərin istehsalı üzrə 2,6 milyard dollarlıq müqavilə əldəetmişdi.
Yeni nüvə yanacağı istehsalı zavodunun Tennessi ştatının Ervinşəhərində inşa ediləcəyi bildirilir.