AZ

Trampın ölkələrinə gəlməsinə etiraz etdilər

Londonda ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya dövlət səfərinə etiraz olaraq minlərlə insan aksiya keçirib. 

"Unikal" xəbər verir ki, etirazçılar BBC-nin baş qərargahı ilə üzbəüz Portland Pleysdə toplaşıb, əllərində baş nazir Kir Starmerin Trampı ikinci rəsmi səfərə dəvət etmək qərarından narazılıqlarını ifadə edən plakatlar tutublar.

Bir çox nümayişçi əllərində Fələstin bayraqlarıda tutub, Qəzzaya dəstək şüarları səsləndirib, İsrailə silah satışının dayandırılmasını tələb ediblər. Aksiya, həmçinin, Trampın qonaq edildiyi Vindzor qəsrinə paralel küçədə keçirilir.

London meri Sadiq Xan etirazçılara dəstəyini ifadə edib. Səfərdən əvvəl o, “The Guardian” qəzetində Tramp və onun ətrafını “dünyada ifrat sağçı, bölücü siyasətin qızışdırılması üçün hamıdan çox iş görməkdə” ittiham edən məqalə dərc edib.

Seçilən
13
2
unikal.az

3Mənbələr