ABŞ Prezidenti Donald Trampın təyyarəsi və “Spirit Airlines”a məxsus sərnişin təyyarəsi Nyu-York səmasında toqquşma təhlükəsi ilə üzləşib.
Bu haqda “Mirror” məlumat yayıb.
Belə ki, sərnişin təyyarəsi Böyük Britaniyaya uçan ABŞ prezidentinin təyyarəsinə çox yaxınlaşıb.
“Boeing 747” Nyu-York səmasında uçarkən Spirit Hava Yollarına məxsus təyyarənin oxşar marşrutla uçduğu görünüb. Hava dispetçerləri dərhal sərnişin təyyarəsinin pilotlarına istiqaməti dəyişdirməyi tövsiyə ediblər”, - nəşr yazır.
"Cebheinfo.az"