AZ

Aleksandar Vuçiç ilə Marko Rubio ABŞ tariflərini müzakirə edəcək

Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ Dövlət katibi Marko Rubio ilə Birləşmiş Ştatların tarif məsələsini müzakirə edəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, Aleksandar Vuçiç görüşün Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutacağını deyib.

“Rubio mənimlə görüşmək istədi, hesab edirəm ki, tarif məsələsini həll etmək mümkündür”, - deyə Serbiya Prezidenti qeyd edib.

O, həmin görüşdə ABŞ-ın tarif məsələsini həll etməyin mümkün olduğuna inandığını bildirib.

Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi yeni gömrük rüsumları Qərbi Balkan regionunda ən çox Serbiyaya mənfi təsir göstərir. Serbiya regionda 35 faizlə ABŞ-ın ən sərt ticarət tarifi ilə üzləşən ölkədir.

Seçilən
9
3
yeniazerbaycan.com

4Mənbələr