AZ

Qəzaya uğrayan təyyarədən 180 kilo kokain tapıldı

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Braziliyada qəzaya uğrayan təyyarədən 180 kilo kokain tapılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, qəza Braziliyanın Alaqoas əyalətinin Koruripe şəhəri yaxınlığındakı tarlada baş verib.

Nəticədə təyyarənin pilotu hadisə yerində keçinib. Əraziyə cəlb olunan polis 70 qutuda, ümumi çəkisi 180 kiloqram olan kokain aşkar edib. Dağıntılar arasında Melburnun şərqindən olan 46 yaşlı kişiyə məxsus sürücülük vəsiqəsi tapılıb.

Kokainin qablaşdırıldığı plastik qutuların üzərində isə “SpaceX” loqosu vurulduğu məlum olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
lent.az

1Mənbələr