AZ

Ərsin Gözəl yüksək mükafatla təltif olundu – Kipr Prezidenti Ərsin Tatar təqdim etdi

Musavat.com xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən XX Türk Dünyası Gənclik Günləri və Qurultayı başa çatıb. Dünya Türk Gənclər Birliyi (DTGB) tərəfindən təşkil olunan tədbirə maraq böyük olub. Təsadüfi deyil ki, 4 gün davam edən qurultayda 35 türk dövlətindən 300-ə yaxın nümayəndə iştirak edib.

Qurultayın açılışı təntənəli şəkildə keçirilib. Tədbirdə Kipr Türk Dövlətinin Prezidenti Ərsin Tatar, nəqliyyat naziri Ərhan Arıklı, AK Partinin sədr müavini, Ankara millət vəkili Kürşad Zorlu və digər rəsmilər iştirak ediblər.

Çıxışında Ərsin Tatar, DTGB-nin türk dünyasının birliyi naminə göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb. Eyni zamanda, DTGB başqanı Ərsin Gözəlin xidmətlərinə xüsusi dəyər verərək onu mükafatla təltif edib.

Təqdimat törənindən fotoları təqdim edirik.

Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr