AZ

Payızda sistit riskini azaltmağın 3 yolu

Payız mövsümündə havaların soyuması sidik yolları infeksiyalarının, xüsusilə də sistitin yaranma riskini artırır.

E-saglam.az xəbər verir ki, endokrinoloq Zuxra Pavlova bildirib ki, payız mövsümündə sistitə yoluxma riski əhəmiyyətli dərəcədə artır. O, öz Telegram kanalında xəstəliyin profilaktikası üçün üç əsas məsləhət verib.

Həkimin sözlərinə görə, ilk növbədə çanaq nahiyəsini və ayaqları isti saxlamaq, ümumiyyətlə soyuqlamamaq vacibdir. Bu, normal qan dövranını və selikli qişaların lokal müdafiəsini qorumağa kömək edir.

Bundan əlavə, immunitetin möhkəmləndirilməsi önəmlidir. Bunun üçün balanslı qidalanmaq, kifayət qədər yatmaq və stres səviyyəsini azaltmaq tövsiyə olunur. Həmçinin yetərli miqdarda maye qəbulu vacibdir, çünki bu, sidik yollarından bakteriyaların mütəmadi xaric olunmasını təmin edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
29
e-saglam.az

1Mənbələr